Futbol üzrə İspaniya 2-ci liqasında 33-cü turun oyunları keçirilib.
Futbolinfo.az xəbər verir ki, Azərbaycan milli komandasının yarımmüdafiəçisi Eddi İsrafilovun formasını geyindiyi “Albasete” də növbəti matçına çıxıb.
Sözügedən kollektiv doğma meydanda “Espanyol”la qarşılaşıb. Futbolçumuzun komandası bu oyundan məğlubiyyətlə ayrılıb – 0:3.
İsrafilov da bu oyunun iştirakçısı olub. O, start heyətdə meydana çıxıb və sonadək mübarizə aparıb.
“Albasete” 33 oyuna topladığı 29 xalla 22 iştirakçı arasında sonuncu pillədə qərarlaşıb.