Futbol üzrə Azərbaycan Premyer Liqasında üçüncü dövrə başa çatıb.

Futbolinfo.az xəbər verir ki, dövrənin 28 oyununda 59 qol vurulub.

Bu qarşılaşmalardan 16-da qalib müəyyənləşibsə, 12 heç-heçə qeydə alınıb.

Dövrənin ən yaxşısı “Neftçi” olub. Paytaxt təmsilçisi qələbə, vurulan qol və xal sayında hamını qabaqlayıb. Ən az qol buraxan və top fərqində ən yaxşı olan “Qarabağ” ikincidir. “Sumqayıt”la “Zirə” də ağdamlılar kimi yalnız bir dəfə uduzub.

Dövrə ərzində qələbəsi olmayan yeganə klub “Keşlə” qapısında ən çox qol görən komandadır.

1Neftçi750212-615
2Qarabağ742110-314
3Sumqayıt72418-410
4Qəbələ72235-78
5Zirə71516-78
6Sabah71336-106
7Səbail71334-106
8Keşlə70528-125
Shares: