“Səbail”in ev oyunlarındakı qol seriyası qırılıb.

Futbolinfo.az xəbər verir ki, Premyer Liqa çərçivəsində öz meydanında keçirdiyi son 11 oyunda rəqib qapısına yol tapan bakılılar 21-ci turda dayanıb.

“Səbail” “Zirə”nin qapısına yol tapa bilməyib – 0:0. “Səbail” sonuncu dəfə 2020-ci il fevralın 2-də “Qarabağ”la görüşdə (0:1) qonaqların qapısına qol vura bilməmişdi.

Ötən mövsümün 2, cari çempionatın 9 matçında fərqlənən paytaxt təmsilçisi bu müddətdə 4 qələbə qazanıb, 3 heç-heçə edib və 4 dəfə uduzub. “Səbail” seriya dövründəki 11 ev oyununda 16 qola sevinib.

Shares: