Fransanın PSJ klubunun futbolçusu Alessandro Florensi koronavirusa yoluxub.

Futbolinfo.az xəbər verir ki, bu barədə Paris təmsilçisinin mətbuat xidməti məlumat yayıb.

Xəbərdə italyan futbolçudan götürülmüş COVİD-19 testinin pozitiv çıxdığı diqqətə çatdırılıb.

Florensi PSJ-nin Çempionlar Liqasının 1/4 final mərhələsində “Bavariya” ilə qarşılaşacağı ilk oyunu buraxacaq. Aprelin 7-də keçiriləcək “Bavariya” – PSJ matçına saat 23:00-da start veriləcək.

PSJ-də Florensidən öncə Marko Verrattinin də koronavirusa yoluxduğu açıqlanmışdı.

Shares: