“Mançester Yunayted”in zədəli futbolçusu Antoni Marsyalın son durumu məlum olub.

Futbolinfo.az xəbər verir ki, fransız hücumçu zədə səbəbindən mövsümün geridə qalan hissəsini buraxacaq.

Bu barədə komandanın baş məşqçisi Ole-Qunnar Sulşer klubun mətbuat xidmətinə açıqlamasında deyib. Sulşer, Fransa yığmasının düşərgəsində zədələnən Marsyalın bu mövsümün qalan hissəsini buraxacağını bildirib.

25 yaşlı futbolçu DÇ-2022-nin seçmə mərhələsinin 2-ci turunun Qazaxıstanla səfər matçında (2:0) sıradan çıxıb.

Shares: