Bu gün futbol üzrə UEFA Çempionlar Liqasında 1/4 final mərhələsinə start verilib.
Futbolinfo.az xəbər verir ki, ilk oyun günündə iki qarşılaşma baş tutub.
İspaniyada Madrid “Real”ı İngiltərənin “Liverpul” klubu ilə münasibətlərinə aydınlıq gətirib. Dörd qolun qeydə alındığı bu oyunda meydan sahibləri inamlı qələbəyə seviniblər.
İngiltərənin digər təmsilçisi “Mançester Siti” isə doğma meydanda Dortmund “Borussiya”sı ilə qarşılaşıb. “Şəhərlilər” bu görüşdən çətin qələbə ilə ayrılıblar.
UEFA Çempionlar Liqası
1/4 finalın ilk oyunları
6 aprel
Real (İspaniya) – Liverpul (İngiltərə) 3:1
Qol: J.Vinisius, 27; 65. Asensio, 36 – Salah, 51.
Real: Kurtua, Mendi, Naço, Militan, Lukas, Modriç, Kazemiro, Kroos, J.Vinisius, Benzema, Asensio.
Liverpul: Alisson, Aleksander-Arnold, O.Kabak, Filips, Robertson, Keyta, Fabinyo, Veynaldum, Salah, Jota, Mane.
Mançester Siti (İngiltərə) – Borussiya (Dortmund, Almaniya) 2:1
Qol: De Breyne, 19. Foden, 90 – Roys, 84.
Mançester Siti: Ederson, Kanselo, Dias, Stounz, Uolker, İ.Gündoğan, Rodri, Foden, De Bruyne, Mahrez, B.Silva.
Borussiya: Hits, Bauza, Akanji, Hummels, Gerreyro, Bellingem, E.Can, Dahud, Knauff, Haland, Roys.