Futbol üzrə Belarus milli komandasının yeni baş məşqçisi məlum olub.
Futbolinfo.az xəbər verir ki, yığmanın “sükan”ı Georgi Kondratyevə tapşırılıb.
Bu barədə Belarus millisinin mətbuat xidməti məlumat yayıb. Georgi, yığmanın iyunun 2-də Azərbaycan, 7-də isə Syerra Leone ilə keçiriləcək yoxlama matçlarında komandaya rəhbərlik edəcək. Hər iki görüş Minskdəki “Dinamo” Milli Olimpiya Stadionunda keçiriləcək.
Kondratyev ötən gün istefa vermiş Mixail Marxeli əvəzləyib. 61 yaşlı mütəxəssis 2012-2014-cü illərdə də Belarus millisinin baş məşqçisi olub.