“Qarabağ”a qarşı çox yaxşı oynadıq. İstər birinci hissədə, istərsə də, ikinci hissədə yaxşı çıxış etdik”. Bu sözləri futbolinfo.az-a açıqlamasında “Keşlə”nin hücumçusu Anatoli Abanq deyib.

O, Premyer Liqanın 21-ci turunda “Qarabağ”la 1:1-lik heç-heçədən danışıb. Forvard 90+2-ci dəqiqədə hakimin qapılarına təyin etdiyin penaltinin yanlış qərar olduğunu bildirib: “Matçın son dəqiqələrində səhv etdik və qapımıza penalti təyin oldu. Mənə görə 11 metrlik cərimə zərbəsi qərarı yanlış idi. Oyunda döyüşdük, sona qədər mübarizə apardıq. Azarkeşlər və ailəmiz üçün meydanda can qoyduq”.

Hücumçu qarşıdakı turda “Zirə”yə qarşı keçirəcəkləri matçdan söz açıb: “Biz “Zirə” ilə matça ciddi şəkildə hazırlaşırıq. Rəqib güclü komandadır və aqressiv futbol oynayır. Çox çətin səfər olacaq. Amma oradan 3 xalla qayıtmaq istəyirik. Ümid edirəm ki, buna nail olacağıq”.

25 yaşlı futbolçu Azərbaycan çempionatında hələ də qol vura bilməməsinə də toxunub: “İndiyə qədər qol vurmamışam, amma bundan narahat deyiləm. Çünki nə zaman ilk qolu vursam, ondan sonra hər matç qol vuracam”.

Shares: