“Zirə”nin uzun müddətdir zədəli olan futbolçusu Davit Volkov məşqlərə başlayıb. Bu barədə futbolinfo.az-a açıqlamasında gürcüstanlı hücumçunun özü məlumat verib.

O bildirib ki, yavaş-yavaş özünə gəlir: “Artıq özümü yaxşı hiss edirəm və yavaş-yavaş komanda ilə məşqlərə başlamışam. Məşqlər edirəm, lakin nə vaxt meydana çıxacağımı bilmirəm. Bu mövsüm oynaya biləcəyimi düşünürəm”.

Shares: