İngiltərənin “Mançester Siti” klubu 2019/2020 mövsümü üçün maliyyə hesabatını açıqlayıb.

Futbolinfo.az xəbər verir ki, “şəhərlilər” koronavirus pandemiyası səbəbindən ötən mövsümü 126 milyon funt-sterlinq məbləğində xalis zərərlə başa vurub.

Bu barədə Premyer Liqa təmsilçisinin rəsmi saytı məlumat yayıb. Hesabatda qeyd olunur ki, klubun gəlirləri ötən maliyyə dövrü ilə müqayisədə 11 faiz (478.4 milyon funt-sterlinq) azalıb. Hesabata futbolçu satışlarından əldə olunan gəlirlər daxil edilməyib.

Qeyd edək ki, “Mançester Siti” hazırda 74 xalla Premyer Liqada vahid liderdir.

Shares: