“Keşlə”nin xallar qazana bilməmisini uğursuzluq adlandırardım. Sanki komanda “qara zolağ”a düşüb”. Bu sözləri futbolinfo.az-a açıqlamasında “Keşlə”nin müdafiəçisi Elvin Yunuszadə deyib.

O, komandanın son pillədən qurtulub yaxşı yerlərə gələcəyinə inandığını açıqlayıb: “Düşünürəm ki, komanda toparlanacaq. Özünə gələcək və xallar toplayacaq. Ən azından buna layiqik. Son dəqiqələrdə uğrsuz qollar buraxırıq. Fikrimcə, hər şey zamanla qaydasına düşəcək”.

Yunuszadə “Keşlə”yə gələndən çox az şans qazanması haqqında da danışıb: “Keşlə”yə fevralda gəlmişəm, komandaya gec qoşuldum. Bir az özümdə də bəxtsizlik oldu. Özümü yaxşı hiss edirdim və hazırlaşırdım ki, daimi oynayacam. “Səbail”lə matçda da meydana çıxdım. Start heyətdə oynadım və pis alınmadı. 5 aylıq zədə var idi, meydana çıxmırdım. Amma yaxşı alındı. Lakin “Səbail”lə matçda zədə aldım. Dizimdən zədələndim və 2 həftəlik sıradan çıxdım. “Qarabağ”la matçda meydana çıxmaq ehtimalım var idi. Lakin oyundan qabaq yoxlanışda oldum və həkimlərin məsləhəti ilə 10 günlük istirahətə ehtiyacım var. Başqa problem yoxdur və rəqabətdən qorxmuram. Formada olduğum müddətdə meydana çıxacağımı düşünürəm”.

FƏRİD

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp