Gürcüstanın “Telavi” klubunun azərbaycanlı yarımmüdafiəçisi Vüqar Bəybalayevin futbolinfo.az saytına müsahibəsi

  • Gürcüstana gedişiniz necə baş tutdu?
  • Təklif gəldi və menecerlər vasitəsilə bu təklif olmuşdu. Komanda haqqında, hədəfləri haqqında maraqlandım. “Səbail”ə təşəkkür edirəm ki, bura gəlməyimə şərait yaratdı.
  • “Səbail”də karyeran niyə uğurlu alınmadı?
  • Mövsümün sonuna qədər müqaviləm var idi. Lakin yenə də təklif yaxşı idi və “Səbail” də oynamağım üçün dəstək oldu.
  • “Səbail”dən təklif olsaydı, orda qalardın?
  • Müqaviləm var idi. Sadəcə, mövsüm sonunda və ondan sonra bu barədə fikirləşmək olar.
  • Gürcüstanda vəziyyət necədir? Orada özünü necə hiss edirsən?
  • Burada hər şey yaxşıdır. Bura adaptasiya olmağa çalışıram. Gələndən yalnız bir matçda 90 dəqiqə oynamışam. İlk matça görə oyunumu qənaətbəxş hesab etmək olar. Məşqçi də mənə təkbətək söhbətində bu barədə danışdı. Oyunlar keçdikcə daha yaxşı olacaq.
  • Komandanın şəraiti səni qane edir?
  • Şərait barədə bura gəlməzdən öncə də maraqlanmışdım. Gələndən sonra gördüm ki, dediklərindən daha yaxşıdır, əskik deyil. Qalmaq üçün bazası, ayrıca məşq və oyun meydançası, trenajor zalı var və hər şey yüksək səviyyədədir.
  • Oyun baxımından komandanın hədəfləri nədir?
  • Yaxşı komandamız var. Gənc və təcrübəli oyunçulardan ibarət heyətə sahibik. Komanda ilə kənarda mehriban, meydanda tələbkar məşqçimiz var. Rəhbərlik də işə peşəkar yanaşır.
  • Gürcüstan çempionatını Azərbaycan Premyer Liqası ilə necə müqayisə edərsən?
  • Kənardan hər kəsə bəlkə iki çempionatda da oynamaq asan görünür, amma belə deyil. Bizim çempionat kimi burda da perspektiv var. Maraqlı liqadır və 10 komanda mübarizə aparır. Kimin autsayder, kimin lider olacağı bəlli deyil. Mübarizə gedir. Xallar arasında elə ciddi fərq yoxdur. Yeganə fərq meydançaları qeyd edə bilərəm. Bizim ölkədəki meydançalar burdakından xeyli fərqlənir.
  • Hansı ölkədəki meydançalar daha yaxşıdır?
  • Burada süni meydançalarda oynamağa icazə yoxdur. Lakin təbii meydançaların qazonu bizim meydançalardan geri qalır.

CAVAD

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp