Futzal üzrə UEFA Çempionlar Liqasının 2020/21 mövsümünün final mərhələsinin keçiriləcəyi məkan dəyişib.

Futbolinfo.az xəbər verir ki, oyunlar aprelin 28-dən martın 3-dək Xorvatiyanın Zadar şəhərindəki “Kreşimir Koşiç Arena”da keçiriləcək.

Həlledici mərhələnin əvvəlcə Belarusun paytaxtı Minskdə, daha sonra Xorvatiyanın paytaxtı Zaqrebdə təşkil olunacağı gözlənilirdi. Amma COVİD-19-la əlaqədar epidemoloji vəziyyəti dəyərləndirən UEFA məkanlarda dəyişiklik edib.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp