İngiltərənin “Arsenal” klubu ciddi itki ilə üzləşib.

Futbolinfo.az xəbər verir ki, London təmsilçisinin müdafiəçisi Kiran Tirni zədələnib.

Bu barədə klubun rəsmi saytı məlumat yayıb. İngiltərə Premyer Liqasının 30-cu turunun “Liverpul”la oyununda (0:3) zədələnən Tirni, təxminən 4-6 həftə yaşıl meydanlardan uzaq qalacaq.

Tirni bu mövsüm 33 oyunda 2 qol, 4 məhsuldar ötürmə ilə yadda qalıb.

Xatırladaq ki, “Arsenal” bir neçə gün öncə müdafiəçisi David Luisin də ximətindən məhrum olmuşdu.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp