“Burdakı oyunumu məşqçilər yaxşı dəyərləndirə bilər. Çempionat yeni başlayıb və maksimum gücümlə oynayıb özümü göstərmək istəyirəm”.

Bu sözləri futbolinfo.az-a açıqlamasında Gürcüstanın “Samtredia” klubunun yarımmüdafiəçisi İbrahim Qədirzadə deyib.

Qonşu ölkə çempionatında çıxış edən azərbaycanlı gənc futbolçu əvvəlcə klubunun şəraitindən danışıb: “Burada hər şey yaxşıdır. Tək pis şey olan odur ki, nəticələrimiz yaxşı deyil. Üst-üstə məğlubiyyətlər aldıq və bunu düzəltmək üçün zamana ehtiyac var”.

Qədirzadə Gürcüstan liqasını Azərbaycan Premyer Liqası ilə müqayisə edib: “Bizim stadionlar daha yaxşıdır. Burda ən yaxşı şey odur ki, ancaq təbii meydançalarda çıxış etməlisən. Pis olsa belə, süni meydançaya icazə yoxdur. Başqa belə ciddi fərq görmürəm. Bizim çempionatda “Səbail”, “Keşlə” süni ot örtüyündə çıxış edirlər. Burada isə elə şey yoxdur. Zədələnməmək üçün bu çox yaxşıdır. Komandalar arasında rəqabət var. Davam edirik və yaxşı olacağına inanırıq”.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp