“Hazırda özümü yaxşı hiss edirəm. Komanda ilə məşqlərə başlamışam və meydana çıxmağa hazıram”.

Bu sözləri futbolinfo.az-a açıqlamasında “Keşlə”nin moldovalı yarımmüdafiəçisi Yevgeni Koçuk deyib.

O, Bakı klubuna keçdikdən sonra oynamamasından danışıb: “Təsəvvür edirsiz ki, mən də zədələnə bilərəm? İndiyə qədər belə ciddi zədəm olmamışdı. Əvvəlki vaxtlarda heç vaxt uzun müddətəlik sıradna çıxmamışam”.

Koçuk komandanın çıxışı barədə də fikirlərini bildirib: “Həqiqətən elə oyunlarımız oldu ki, biz orda çox yaxşı çıxış etdik, 3 xal qazanmalı olduğumuz halda qələbəni son dəqiqələrdə əldən verdik. Hardasa diqqətsizlik etdik. Bütün oyunboyu diqqətli olmaq və son ana qədər qələbəyə inanmaq lazımdır”.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp