“Qarabağ”ın qapıçısı Şahruddin Məhəmmədəliyev Azərbaycan Premyer Liqasının 23-cü turu çərçivəsində “Səbail”lə səfər oyununda aldığı ağır zədəyə görə xəstəxanaya yerləşdirilib.

Futbolinfo.az xəbər verir ki, ilk yarının ortalarında rəqib hücumçu Amil Yunanovla toqquşan qapıçı huşunu itirmişdi.

Yunanovun ayağı Məhəmmədəliyevin başına dəydiyindən, qapıçı ciddi xəsarətlər alıb. Həkimlər ona ilkin yardım göstərsə də, təcili yardım maşını ilə şəhər klinikalarından birinə aparılması qərara alınıb. Millimizin də üzvü olan futbolçunun durumuna ətraflı müayinələrdən sonra aydınlıq gələcək.

Qeyd edək ki, bu oyunun əvvəlində Ağdam klubunun yarımmüdafiəçisi Filip Ozobiç də zədələnib. Xorvatiyalı futbolçu da oyunu davam etdirə bilmədiyinə görə 13-cü dəqiqədə Uroş Matiçlə əvəzlənib.

Qarşılaşmada ilk hissədən sonra hesab 1:1-dir.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp