“Qarabağ”la matçda nəinki heç-heçə, qalib gəlmək istəyirdik. Hər oyuna qələbə üçün çıxırıq. Lakin onu etiraf etmək lazımdır ki, “Qarabağ”la matçda 1 xal da yaxşı nəticədir”.

Bu sözləri futbolinfo.az-a açıqlamasında “Səbail”in hücumçusu Amil Yunanov deyib.

O, Premyer Liqanın 23-cü turunda “Qarabağ”la 1:1-lik heç-heçə etdikləri matçdan danışıb: “Ən azından “Qarabağ”a uduzmadıq. Bu gələcəkdəki oyunlara daha yaxşı hazırlaşmaq üçün motivasiyamızı artıracaq”.

Yunanov matçın gedişində rəqib qapıçı Şahruddin Məhəmmədəliyevin üzünə endirdiyi zərbədən söz açıb: “Şahruddin yaxşı formadadır. Bu epizod çox pis oldu. Özüm də istəməzdim ki, belə bir şey baş versin. Onunla söhbət etdik və hər şeyi yoluna qoyduq. Məni başa düşdü. İnanıram ki, tezliklə meydanlara qayıdacaq. Rəqibin qırmızı vərəq tələb etməsinə gəlincə, hakim belə qərar verdi və hər şey geridə qaldı”.

amil yunanov - Futbolinfo.az
Shares:
Facebook
Twitter
Telegram
WhatsApp