Futbol üzrə Fransa çempionatında 33-cü turun oyunları keçirilir.

Futbolinfo.az xəbər verir ki, ilk oyun günündə bir görüş baş tutub.

Açılış matçında lider “Lill” doğma meydanda “Monpelye”ni qəbul edib. Qarşılaşma heç-heçə yekunlaşıb.

Şənbə günü iki görüş baş tutub. Səfərdə “Anje” ilə qarşılaşan “Renn” darmadağınla qalib gəlib. Marsel “Olimpik”i isə doğma meydan “Loryan”ı çətinliklə məğlub edib.

Çempionlar Liqasında yarımfinala yüksələn PSJ-nin çempionatdakı rəqibi “Sent-Etyen” olacaq. “Monako” “Bordo”nu sınağa çəkəcək. Turun son matçında “Lion” səfərdə “Nant”la qarşılaşacaq.

Fransa Liqa 1
33-cü tur
16 aprel

Lill – Monpelye 1:1
Qol: Arauxo, 85 – Delor, 21.

17 aprel

Anje – Renn 0:3
Qol: Doku, 45+1. Terrye, 63. Jirassi, 90+1.

Olimpik (Marsel) – Loryan 3:2
Qol: Payet, 53. Lirola, 56; 90+1 – Moffi, 19; 70.

18 aprel

15:00 PSJ – Sent-Etyen
17:00 Brest – Lans
17:00 Dijon – Nitsa
17:00 Nim – Strasburq
17:00 Reyms – Mets
19:05 Bordo – Monako
23:00 Nant – Olimpik (Lion)

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp