Futbol üzrə İngiltərə Premyer Liqasında 32-ci turun oyunları keçirilir.
Futbolinfo.az xəbər verir ki, bu gün daha iki qarşılaşma baş tutub.
“Nyukasl” doğma meydanda “Vest Hem”lə üz-üzə gəlib. Beş qolun qeydə alındığı oyunda meydan sahibləri qələbəni bayram edən tərəf olub.
“Vulverhempton” da “Şeffild Yunayted”lə ev oyunundan qalib ayrılıb.
Bu tur keçirilməli olan “Sauthempton” – “Kristal Pelas”, “Aston Villa” – “Mançester Siti”, “Lester Siti” – “Vest Bromviç” matçları təxirə salınıb.
İngiltərə Premyer Liqası
32-ci tur
16 aprel
Everton – Tottenhem 2:2
Qol: Siqurdsson, 31; 62 – Keyn, 27; 69.
17 aprel
Nyukasl – Vest Hem 3:2
Qol: Diop, 36-öz qapısına. Joelinton, 41. Uillok, 82 – Diop, 73. Linqard, 80.
Vulverhempton – Şeffild Yunayted 1:0
Qol: V.Xose, 60.
18 aprel
16:30. Arsenal – Fulhem
19:00. Mançester Yunayted – Bernli
23:00. Lids – Liverpul
20 aprel
23:00. Çelsi – Brayton