Futbol üzrə İspaniya kubokunun qalibi müəyyənləşib.

Futbolinfo.az xəbər verir ki, həlledici oyunda “Barselona” və “Atletik” klubları qarşılaşıb.

Kataloniya təmsilçisi finalda 4 cavabsız qolla qalib gələrək kubokun qalib olub.

Bununla da “Barselona” tarixində 31-ci dəfə İspaniya kubokunu qazanıb. Bu baxımdan sözügedən komanda rekordçudur. Kataloniyalıların ən yaxın izləyicisi bu titula 23 dəfə yiyələnmiş “Atletik”dir.

İspaniya kuboku
Final

17 aprel

Atletik – Barselona 0:4
Qol: Qrizmann, 60. De Yonq, 63. Messi, 68; 72.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp