Premyer Liqada çempionluq mübarizəsi ən gərgin həddədi. Sona 5 tur qalarkən “Qarabağ” “Neftçi”ni yalnız bir xal qabaqlayır. Son turda bu rəqiblər üz-üzə gələcəyindən maraqlı finiş qaçılmazdı.

Amma qızıl medalların taleyi təkcə favoritlərin şəxsi duellərində həll olunmur. Son üç turda bu komandaların yalnız bir qələbə qazanması göstərir ki, digər rəqiblərlə oyunların nəticəsi də çox önəmlidi. “Neftçi”nin cari mövsümdə iki dəfə yendiyi “Qarabağ”ı özündən önə buraxması sıradan fakt deyil.

Bəs, hansı komandalar çempionuğun taleyinə daha çox müdaxilə edir? 23 turun yekun tablosuna baxanda maraqlı rəqəmlər üzə çıxır. Mümkün 69 xaldan 47-ni qazanan “Qarabağ” kimi, bir xal geridə olan “Neftçi”nin də arzuolunmaz rəqibləri var.

“Qarabağ”ın itirdiyi 22 xalı müxtəlif komandalar öz arasında bölüşdürüb:

Neftçi – 6

Keşlə – 4

Sumqayıt – 4

Səbail – 4

Zirə – 2

Qəbələ – 2

23 xal itirən “Neftçi”nin qənimləri də bəllidi:

Sumqayıt – 8

Zirə – 8

Qəbələ – 4

Qarabağ – 3

Göründüyü kimi, əsas rəqibindən hamıdan çox xal alan bakılılardan fərqli olaraq, “Qarabağ” başqalarının uğuruna sevinib. Düzdü, bu, son cədvəl deyil, bəzi komandalar favoritlərlə daha bir matça çıxacaq. Amma 3 dövrə ərzində “Sabah”ın favoritlərin “xətrinə” dəyə bilməməsi mühüm məqamdı. “Keşlə” ilə “Səbail”in “Neftçi”yə həmişə təslim olması da diqqət çəkir. Əvəzində “Sumqayıt” paytaxt təmsilçisinin kabusuna çevrilib. Ümumiyyətlə, favoritləri büdrədənlərin turnir cədvəlinə məhz “kimyaçılar” rəhbərlik edir.

Sumqayıt – 12

Zirə – 10

Qəbələ – 6

Keşlə – 4

Səbail – 4

AĞA

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp