“Sumqayıt” Futbol Klubunun heyətində Premyer Liqada 100-cü oyununu keçirən Xəyal Nəcəfov “Qəbələ” üzərində qazanılan qələbə və qarşıdakı oyunlarla bağlı fikirlərini bölüşüb.

Futbolinfo.az saytına açıqlama verən futbolçu bunları qeyd edib:

“Qəbələ”yə qarşı bizi olduqca çətin oyunun gözlədiyini bilirdik. Rəqib turnir cədvəlində bizimlə qonşu mövqeydə qərarlaşmışdı. Bu səbəbdən qələbə qazanıb uzaqlaşmaq istəyirdik. İlk hissə hər iki komanda üçün çətin keçdi. Lakin fasilədən sonra inamlı oyun sərgiləyib qələbə qazandıq. Yenə də qeyd edirəm ki, bizim üçün olduqca vacib bir qələbəyə imza atmış olduq.

İndi bizi qarşıda olduqca çətin oyunlar gözləyir. Həftəiçi Azərbaycan kuboku uğrunda yarışda son illərin çempionu “Qarabağ”la çətin görüş, ardınca isə Premyer Liqada çətin “Zirə” səfərinə yollanacağıq. “Qarabağ”ın gücü hər kəsə bəllidir. İki tur əvvəl “Qarabağ”a məğlub olmuşduq. Çempionatla kubok oyunları nisbətən fərqli olur. Bu oyuna ciddi hazırlaşıb uğurlu nəticə qazanmaq istəyirik. Premyer Liqada isə bizi 5 tur ağır mübarizə gözləyir. İnşallah, bu oyunlarda uğurlu nəticə qazanıb mövsümü istədiyimiz pillədə başa vurarıq”

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp