Futbol üzrə İngiltərə Premyer Liqasında bu mövsüm elitanı tərk edəcək ilk klubun aydınlıq gəlib.

Futbolinfo.az xəbər verir ki, 32-ci turda səfərdə “Vulverhempton”a uduzan “Şeffild Yunayted” Çempionşipə düşüb.

Sözügedən komanda Premyer Liqada sona 6 tur qalmış 14 xalla sonuncu pillədə qərarlaşıb. Pol Hekinqbottonun çalışdırdığı “Şeffild Yunayted” Premyer Liqada yerini qorumağa imkan verən 17-ci pillədən 19 xal geri qalır. Mövsüm ərzində 17 qol vurub 56 top buraxan komandanın ən yaxşı bombardiri irlandiyalı Devid Makqoldrikdir. Makqoldrikin aktivində cəmi 6 top var.

Habelə “Vest Bromviç” (24 xal) ilə “Fulhem” (26 xal) də Premyer Liqanı tərk etmə zonasındadırlar. Əvəzində “Norviç Siti”nin Çempionşipdən Premyer Liqaya vəsiqəni vaxtından əvvəl təmin etdiyi müəyyənləşib.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp