“Çempionat oyunundan fərqli olaraq kubokda çalışacağıq ki, güclü rəqibimizə qarşı layiqli mübarizə aparaq. “Qarabağ” səddini keçmək istəyirik”. Bu sözləri futbolinfo.az-a açıqlamasında “Sumqayıt”ın müdafiəçisi Vurğun Hüseynov deyib.

O, Azərbaycan Kubokunun yarımfinal mərhələsində “Qarabağ”a qarşı keçirəcəkləri matçdan danışıb: “Bizim bu mərhələni adlamaq üçün 180 dəqiqəmiz olacaq. Bütün gücümüzü bu 2 oyuna qoyub yaxşı nəticə əldə edə bilərik. Kubok matçları həmişə liqa oyunlarından seçilir. Uğur qazanmaq istəyirik”.

Təcrübəli futbolçu Azərbaycan Premyer Liqasının 22-ci turunda “Qarabağ”a 1:4 hesablı məğlubiyyəti unutduqlarını da bildirib: “Həmin oyunu matçın sabahısı günü unutduq. Düşünmürəm ki, həmin qarşılaşmanı yada salıb motivasiyamızı aşağı salaq. Ya da bu oyuna görə hər hansı qisas hiss ola bilməz. Başqa oyunlara necə çıxmışıqsa, bu oyuna da elə çıxacağıq. Çalışacağıq ki, layiqli şəkildə mübarizə ilə mərhələni keçək”.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp