İngiltərənin “Tottenhem” klubu baş məşqçisi Joze Mourinyo ilə yollarını ayırıb.

Futbolinfo.az xəbər verir ki, 58 yaşlı mütəxəssisin müqaviləsi vaxtından əvvəl ləğv edilib.

Bu barədə London təmsilçisinin rəsmi saytı məlumat yayıb. İstefanın səbəbləri açıqlanmayıb.

Amma ingilis jurnalist Trevor Azul Mourinyonun qovulmasının təfərrüatlarını açıqlayıb. O, bu barədə özünün “tvitter” hesabında məlumat yayıb. Onun xəbərinə görə, “Tottenhem”in yeni yaradılan Avropa Super Liqasında iştirakını təsdiqləməsinə etiraz edən Mourinyo, komandanı bu gün məşqə çıxarmayıb. Klub rəhbərliyi bu səbəbdən portuqaliyalı mütəxəssisin müqaviləsinə xitam verib.

Mourinyo 2019-cu ilin noyabrından “Tottenhem”i çalışdırırdı. Onun rəhbərlik etdiyi komanda bu mövsüm Premyer Liqada 32 oyuna topladığı 50 xalla 7-ci pillədə qərarlaşıb.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp