“Qarabağ”la oyunda çox çalışdıq. Bütün gücümüzü ortaya qoyub istədiyimizi aldıq”. Bu sözləri futbolinfo.az saytına açıqlamasında “Səbail”in yarımmüdafiəçisi Luka İmnadze deyib.

Gürcü futbolçu Premyer Liqanın 23-cü turunda “Qarabağ”la 1:1-lik heç heçədən danışıb: “Fikrimcə, həmin oyunda ən azı 1 xala layiq idik ki, bunu da qazandıq. Meydanda əlimizdən gələni etdik. Bu səbəbdən də nəticəmiz müsbət oldu. İndiki halda bizim üçün 1 xal çox vacibdir. Artıq çempionatın sonuna sayılı oyunlar qalıb. “Qarabağ”la matçdakı heç-heçə növbəti oyunlar üçün motivasiya olacaq”.

İmnadze qarşıdakı turda “Keşlə”yə qarşı keçirəcəkləri matçdan da söz açıb: “Keşlə” ilə qarşılaşma ağır olacaq. Rəqib də meydana qələbə üçün çıxacaq. Amma istənilən halda biz qələbə qazanmalıyıq”.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp