Futbol üzrə UEFA Çempionlar Liqasında yarımfinal mərhələsinin ilk oyunlarından sonra həftənin rəmzi komandası məlum olub.

Futbolinfo.az UEFA-nın rəsmi saytına istinadən xəbər verir ki, rəmzi komandaya İngiltərənin “Mançester Siti” klubundan 5 futbolçu düşüb.

Qapıçı: Ederson (“Mançester Siti”);

Müdafiəçilər: Markinyos (PSJ, Fransa), Eder Militao (“Real Madrid”, İspaniya), Antonio Rüdiger (“Çelsi”, İngiltərə), Aleksandr Zinçenko (“Mançester Siti”);

Yarımmüdafiəçilər: İlkay Gündoğan, Kevin De Bröyne, Riyad Mahrez (hər üçü “Mançester Siti”), Kristian Pulişiç (“Çelsi”), Anxel Di Mariya (PSJ);

Hücumçu: Kərim Benzema.

Yarımfinalın ilk oyunlarında “Çelsi” İspaniyada “Real”la 1:1 hesablı heç-heçə edib, “Mançester Siti” isə Fransada PSJ-yə qalib gəlib – 2:1.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp