Qalmaqallı “Zirə” – “Keşlə” oyunuyla bağlı müxtəlif videolar yayılıb. Meydan sahiblərinin qapısına penaltinin təyin edildiyi və Lazar Corceviçə qırmızı vərəqənin göstərildiyi anın görüntülərinə reaksiyalar müxtəlifdi.

Bizim qənaətimizə görə, Anatole Abanqla ikili mübarizə adi oyun epizodudu, buna görə qırmızı vərəqə vermək, penalti təyin etmək olmaz. Yox, hakimlər bu qədər qətiyyətlidisə, o zaman oyunun 9-cu dəqiqəsində, hesab 0:0 olarkən Vüsal İsgəndərli sarı yox, qırmızı vərəqə almalıydı. Komandalardan birinə qarşı mülayim, digərinə qarşı həddindən artıq sərt davranılırsa, bunun adı qərəzdi.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp