Futbol üzrə Asiya Çempionlar Liqasında Qərb bölgəsi üzrə 1/8 final mərhələsinin püşkü atılıb.

Futbolinfo.az turnirin rəsmi saytına istinadən xəbər verir ki, Cənubi Azərbaycan təmsilçisi “Traktor”un da rəqibi məlum olub.

Təbriz klubu bu mərhələdə Səudiyyə Ərəbistanı təmsilçisi “Əl Nəsr”lə qarşılaşacaq.

Oyunların vaxtı hələ açıqlanmayıb.

Asiya Çempionlar Liqası
Qərb bölgəsi
1/8 final

Əl Nəsr (Səudiyyə Ərəbistanı) – Traktor (İran, Cənubi Azərbaycan)
İstiklol (Tacikistan) – Persepolis (İran)
Şarja (Birləşmir Ərəb Əmirlikləri) – Əl Vahda (Birləşmir Ərəb Əmirlikləri)
İstiqlal (İran) – Əl Hilal (Səudiyyə Ərəbistanı)

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp