“Biz ilk oyundakı məğlubiyyətdən sonra qələbəyə inanırdıq”. Bunu futbolinfo.az-a açıqlamasında “Keşlə”nin yarımmüdafiəçisi Sezar Meza Kolli deyib.

O, Azərbaycan kubokunun 1/2 final mərhələsində “Zirə”yə 3:2 hesabı ilə qalib gəldikləri oyundan danışıb. Matçda het-trik edən futbolçu bundan da söz açıb:

“Çox gözəl an idi. 3 qol vurdum və qalibiyyətə sevindik. Bu artıq geridə qalan anlardır. Qarşıdakı oyunlara baxmaq lazımdır. Maksimum xallar əldə etməliyik. Bizim yaxşı heyətimiz, məşqçimiz var. İnanıram ki, finalda “Sumqayıt”a qalib gələcəyik”.

Shares: