Futbol üzrə İngiltərə Premyer Liqasında 34-cü turun oyunları keçirilir.

Futbolinfo.az xəbər verir ki, bazar günü daha iki görüş baş tutub.

Səfərdə “Nyukasl”la qarşılaşan “Arsenal” turu inamlı qələbə ilə başa vurub.

“Tottenhem” isə doğma meydanda autsayder “Şeffild Yunayted”ə böyük hesabla qalib gəlib.

Bu gün keçirilməsi nəzərdə tutulan “Mançester Yunayted” – “Liverpul” matçı isə baş tutmayıb. Buna Mançesterdə yerli komandanın fanatları tərəfindən təşkil olunan etiraz aksiyaları və ixtişaşlar səbəb olub. Nəticədə lider “Mançester Siti”nin çempionluğu bir qədər ertələnib. Halbuki, “qırmızı şeytanlar” bu gün son çempionla oyunda xal itirsəydilər, “şəhərlilər”in bu mövsümün qalibi olması rəsmiləşəcəkdi.

İngiltərə Premyer Liqası
34-cü tur
30 aprel

Sauthempton – Lester Siti 1:1
Qol: Uord-Prauz, 61 – Evans, 68.

1 may

Kristal Pelas – Mançester Siti 0:2
Qol: Aquero, 57. Torres, 59.

Brayton – Lids 2:0
Qol: Qross, 14. Uelbek, 79.

Çelsi – Fulhem 2:0
Qol: Haverts, 10; 49.

Everton – Aston Villa 1:2
Qol: Kalvert, 19 – Uotkins, 13. El-Qazi, 80.

2 may

Nyukasl – Arsenal 0:2
Qol: Elneni, 5. Obameyanq, 66.

Mançester Yunayted – Liverpul matçı təxirə salınıb

Tottenhem – Şeffild Yunayted 4:0
Qol: Beyl, 36; 61; 69. Son, 77.

3 may

21:00 Vest Bromviç – Vulverhempton
23:15 Bernli – Vest Hem

Shares: