Futbol üzrə Türkiyə və Azərbaycan milli komandaları arasında keçiriləcək yoldaşlıq oyununun hakimləri açıqlanıb.

Futbolinfo.az xəbər verir ki, bu görüşü Kosovodan olan hakimlər briqadası idarə edəcək.

Bu barədə Türkiyə Futbol Federasiyasının rəsmi saytı məlumat yayıb. Qarşılaşmanın baş hakimi Genc Nuza olacaq. Ona yan xətt hakimləri Fatlum Berişa ve Buyar Selimay kömək edəcək. Dördüncü hakim funksiyasını isə Visar Kastrati yerinə yetirəcək.

Qeyd edək ki, mayın 27-də Alanyadakı Oba stadionunda keçiriləcək Türkiyə – Azərbaycan matçına Bakı vaxtı ilə saat 21:00-da start veriləcək.

Shares: