“Səbail” 3 futbolçu ilə yollarını ayırıb.

Futbolinfo.az xəbər verir ki, Florian Kadriu, Milovan Petrovik və Luka İmnadze növbəti mövsümdə “dənizçilər”in uğurları üçün tər tökməyəcək.

Klubla müqavilə müddəti bitən legionerlərin heç birinə yeni sözləşmə təklif olunmayacaq. Buan səbəb “Səbail”in növbəti mövsümdə əsasən yerli futbolçulara güvənəcəyidir.

Qeyd edək ki, komandanın digər əcnəbiləri Nikolas Hagen, Hendrik Ekşteyn və Ali Sesayla yeni anlaşma əldə oluna bilər. Təbii ki, səbəbkarlar təklif edilən şərtlərlə razılaşsalar. (Offsideplus)

Shares: