“Sabah” baş məşqçi Ramin Quliyevlə yeni müqavilə bağlayıb.

Futbolinfo.az xəbər verir ki, bu barədə klubun rəsmi saytı məlumat yayıb. Yeni müqavilənin müddəti 2 ildir.

Quliyev 2019-cu ildən “Sabah”ın üzvüdür. O, daha öncə klubda idman direktoru və əsas komandada köməkçi məşqçi vəzifələrində çalışıb. Gənc mütəxəssis bu ilin mart ayından əsas komandada baş məşqçi səlahiyyətlərini yerinə yetirir.

Shares: