İspaniya milli komandasının sabiq futbolçusu Fernando Torres karyerasını bərpa etməyə qərar verib.
Futbolinfo.az xəbər verir ki, bu barədə Torres “instagram” hesabında paylaşım edib. O, yenidən yaşıl meydanlara qayıdacağını açıqlayıb.
Torres futbolçu karyerasında “Atletiko”, “Liverpul”, “Çelsi”, “Milan” kimi klubların formasını geyinib. Sabiq hücumçu 2019-cu ilin yayında karyerasını bitirdiyini açıqlamışdı.
37 yaşlı Torres son olaraq “Atletiko”nun əvəzedici komandasında baş məşqçilik etmişdi.