21 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası bu gün Ukraynada Valeri Lobanovskinin xatirəsinə həsr olunmuş beynəlxalq turnirdə ilk oyununa çıxıb.
Futbolinfo.az xəbər verir ki, Milan Obradoviçin rəhbərlik etdiyi kollektiv Ukraynanın U-21 yığması ilə qarşılaşıb.
Kiyevdə, “Bannikov” stadionunda keçirilən qarşılaşmanın taleyini bir qol həll edib. “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanovun oğlu Musa Qurbanlının vurduğu qol komandamıza bu oyunda qələbə qazandırıb.
Azərbaycan yığması turnir çərçivəsində sabah Özbəkistanın U-21 millisi ilə qarşılaşacaq.
Valeri Lobanovskinin xatirə turniri
26 may
Ukrayna – Azərbaycan 0:1
Qol: Musa Qurbanlı, 17.
Ukrayna: 12. Valentin Morhun, 2. Kostiantin Vivçarenko, 4. Maksim Taloverov, 8. Oleq Oçeretko, 10. Mudruk Muxailo, 11. Vladislav Supriaqa, 13. Aleksandr Drambayev, 16. Bataqov Arsenii, 17. Vladimir Brajko, 20. Denis Kozuk, 21. Danilo Sikan.
Ehtiyat oyunçular: 1. Mukuta Turbayevski, 3. Muravski Nazarii, 5. İqor Snurnitsin, 6. Daniel Alefirenko, 7. Boqdan Vyunnik, 15. Danilo Kravçuk, 22. Yeqor Yarmolyuk, 19. İvan Litvinenko, 25. Vladislav Vanat.
Baş məşqçi: Ruslan Rotan.
Azərbaycan: 22. Nicat Mehbalıyev, 5. Rauf Hüseynli, 4. Mert Çelik, 18. Cəlal Hüseynov (3. Arsen Ağcabəyov, 46), 23. Rüfət Əhmədov, 7. Turan Vəlizadə, 8. Səbuhi Abdullazadə (10. Veysəl Rzayev, 46), 11. Şakir Seyidov, 17. Rüfət Abdullazadə (6. İsmayıl Zülfüqarlı, 62), 19. Asim Əlizadə (15. Camal Cəfərov, 62), 9. Musa Qurbanlı, (13. Vidadi Cəfərov, 62).
Ehtiyat oyunçular: 1. Rüstəm Samiqullin, 2. Zamiq Əliyev, 20. Elçin Mustafayev, 16. Ədilxan Qarəhmədov.
Baş məşqçi: Milan Obradoviç.