Azərbaycanlı yarımmüdafiəçi Orxan Qurbanlı futbol üzrə Moldova çempionatında növbəti matçına çıxıb.
Futbolinfo.az xəbər verir ki, onun formasını geyindiyi “Dinamo-Avto” bu gün ölkə çempionatının sonuncu – 38-ci turu çərçivəsində səfərdə “Kodru Lozova” ilə qarşılaşıb.
Futbolçumuzun komandası bu oyundan qələbə ilə ayrılıb – 2:0. Orxan da bu görüşün iştirakçısı olub. O, start heyətdə meydana çıxıb və 60-cı dəqiqədə əvəzlənib. Futbolçumuzun mövsümün son matçında sarı vərəqə ilə (40-cı dəqiqə) də cəzalanıb.
“Dinamo-Avto” bu mövsüm Moldova çempionatında keçirdiyi 36 oyunda 48 xal toplayıb və 10 iştirakçı arasında 6-cı yeri tutub. Orxan bu görüşlərdən doqquzunda forma geyinsə də, fərqlənə bilməyib.