UEFA İsveç millisinin və İtaliyanın “Milan” klubunun hücumçusu Zlatan İbrahimoviçi cəzalandırıb.

Futbolinfo.az xəbər verir ki, bu barədə qitə futbol qurumunun rəsmi saytı məlumat yayıb.

Cəzaya futbolçunun mərc oyunları biznesi ilə əlaqəsinin olması səbəb göstərilib. UEFA Apellyasiya Komitəsinin sədri İbrahimoviçin bukmeyker kontoru ilə əlaqəsinə son verilməsini əmr edib. Zlatan buna görə 50 min avro cərimə olunub. “Milan” da 25 min avro cərimələnib. Həmçinin kluba xəbərdarlıq edilib.

Qeyd edək ki, Zlatan İbrahimoviç 2018-ci ildən özünə məxsus “Unknown AB” şirkəti vasitəsilə “Bethard” bukmeyker kontorunun səhmlərinin 10 faizinə yiyələnib. Məlumat şirkət tərəfindən də təsdiqlənib. Bu bəndə görə mərc oyunları ilə əlaqəsi olan futbolçular UEFA və FİFA-nın bayrağı altında keçirilən yarışlarda iştirak edə bilməzlər. 39 yaşlı forvard isə “Milan”la Avropa Liqasında, yığmanın heyətində isə DÇ-2022-nin seçmə mərhələsində oynamaqla əsasnaməni pozub. Təcrübəli futbolçu dizindəki zədə səbəbindən qarşıdakı Avropa çempionatında iştirak edə bilməyəcək.

Shares: