“Sabah” klubu futbolçusu Zurab Oçiqava ilə yeni müqavilə bağlayıb.
Futbolinfo.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb. Zurabla bir illlik sözləşmə imzalanıb.
26 yaşlı futbolçu 2021-ci ilin fevral ayından “Sabah”da çıxış edir. Ukraynalı futbolçu “Sabah”ın heyətində 10 oyun keçirib.
“Sabah” bundan əvvəl Saşa Stamenkoviçlə müqaviləni yeniləmişdi.