Futbol üzrə Avropa Liqasında “Vilyarreal” (İspaniya) və “Mançester Yunayted” (İngiltərə) komandaları arasında keçirilən final matçından (1:1, penaltilər 11:10) sonra həftənin ən yaxşı oyunçusu adına namizədlər məlum olub.

Futbolinfo.az xəbər verir ki, həftənin ən yaxşısı adına qalib “Vilyarreal”dan Etyen Kapu və Jerar Moreno, “Mançester Yunayted”dən isə Skott Maktominey və Edinson Kavani namizəd göstərilib.

Qalib, qitə futbol qurumunun rəsmi saytında azarkeşlər arasında keçirilən səsvermə nəticəsində müəyyənləşəcək.

Shares: