Gürcüstanın “Dinamo” (Tiflis) komandasının yeni baş məşqçisi bəlli olub.
Futbolinfo.az xəbər verir ki, bundan sonra sözügedən komandanı Kaxaber Sxadadze çalışdıracaq.
Bu barədə paytaxt klubunun rəsmi saytı məlumat yayıb. Rəsmi müqavilənin yaxın günlərdə imzalanacağı diqqətə çatdırılıb.
Qeyd edək ki, Kaxaber Sxadadze 2008-ci ildə Bakının “Standard”, 2009-2015-ci illər aralığında isə “İnter” komandalarının baş məşqçisi olub. O, 2018-ci ildən Qazaxıstanın “Ordabası” komandasına rəhbərlik edirdi.