İspaniyanın “Xetafe” komandasının yeni baş məşqçisi bəlli olub.

Futbolinfo.az xəbər verir ki, La Liqa təmsilçisini bundan sonra Xose Migel Qonsales (Miçel) çalışdıracaq.

Bu barədə klubun rəsmi saytı məlumat yayıb. Tərəflər 2 illik müqaviləyə imza atıblar. 58 yaşlı mütəxəssisin rəsmi təqdimat mərasimi mayın 31-də təşkil olunacaq.

Qeyd edək ki, son olaraq Meksikanın “UNAM Pumas” komandasını çalışdırmış Xose Migel Qonsales, “Rayo Valyekano”, “Sevilya”, “Olimpiakos”, “Olimpik” (Marsel), “Malaqa”, həmçinin Madrid “Real”ının B komandasında da baş məşqçi olub. O, 2009-2011-ci illər aralığında isə məhz “Xetafe”yə rəhbərlik edib. Bir sözlə, təcrübəli məşqçi 10 il sonra keçmiş komandasına qayıdıb.

Shares: