Futbol üzrə Ermənistan milli komandasının və Qazaxıstanın “Astana” klubunun müdafiəçisi Varazdat Haroyan karyerasını İspaniyada davam etdirəcək.
Futbolinfo.az xəbər verir ki, 28 yaşlı futbolçu “Kadis”ə keçib. Bu barədə La Liqa təmsilçisinin mətbuat xidməti məlumat yayıb.
Haroyanla müddəti 2023-cü ilin yayına qədər olan müqavilə imzalanıb.
“Kadis” La Liqada mövsümü 12-ci sırada bitirib.