AFFA tərəfindən təşkil olunan U-17 kubokunda bu gün final görüşü keçirilib.

Futbolinfo.az xəbər verir ki, həlledici qarşılaşmada “Qarabağ” və “Qəbələ” komandaları üz-üzə gəlib.

Bayıldakı “ASCO Arena”da keçirilən oyunun əsas və əlavə vaxtında qalib müəyyənləşməyib – 2:2. Kubokun sahibi oyunsonrası penaltilər seriyasında bəlli olub. Daha dəqiq olan Zaur Hacıyevin yetirmələri 5:4 hesablı qələbə qazanıb.

Beləliklə, “Qəbələ” U-17 kubokunun qalibi olubsa, “Qarabağ” gümüş medallarla kifayətlənib. “ASCO Arena”da keçirilən matçdan sonra “Qəbələ”nin futbolçularına medallar və kubok təqdim olunub.

Shares: