İtaliyanın “Latsio” klubu baş məşqçisi Simone İnzaqi ilə yollarını ayırıb.

Futbolinfo.az xəbər verir ki, 45 yaşlı mütəxəssis özü istefa verib.

A Seriyasında 68 xalla mövsümü 6-cı pillədə tamamlayan Roma təmsilçisinin çalışdırıcısı bununla 6 illik “Latsio” karyerasını baş vurub. O, 2015-ci ildən bəri rəhbərlik etdiyi “Latsio”ya 2 dəfə İtaliya super kubokunu, 1 dəfə isə İtaliya kubokunu qazandırıb. Paytaxt təmsilçisi bu illər ərzində onun rəhbərliyi altında 251 matça çıxıb, 134 qələbə qazanıb, 45 heç-heçə edib, 72 məğlubiyyətə üzülüb.

İnzaqinin “İnter”lə anlaşdığı iddia olunur. O, büdcəsini azaltmaq qərarına gələn və bu üzdən baş məşqçisi Antonio Konte ilə yollarını ayıran Milan klubunu çalışdıracaq. Bu mövsüm İtaliya çempionu olan “İnter”in bu təyinatı tezliklə açıqlaması gözlənilir.

Shares: