İngiltərənin “Şeffild Yunayted” klubunda baş məşqçi təyinatı gerçəkləşib.

Futbolinfo.az xəbər verir ki, yeni mövsümdə Çempionşipdə mübarizə aparacaq komandanın “sükan”ı Slaviş Yokanoviçə tapşırılıb.

Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. Serbiyalı mütəxəssislə 3 illik müqavilə imzalanıb.

Yokanoviç “Şeffild Yunayted” tarixinə ilk əcnəbi baş məşqçi kimi düşüb.

Premyer Liqada mövsümü sonuncu sırada bitirən “Şeffild Yunayted” Çempionşipdə mübarizə aparacaq.

Shares: