“Keşlə” futbol klubunun mətbuat xidmətinin rəhbəri Murad Axundov istefa verib.
Futbolinfo.az xəbər verir ki, bu barədə jurnalist sosial şəbəkə hesabında paylaşım edib.
O, başda klub rəhbərliyi olmaqla, birlikdə çalışdığı hər kəsə təşəkkürünü bildirib, komandaya isə uğurlar arzulayıb.
Qeyd edək ki, Murad Axundov 2019-cu ildən “Keşlə”də çalışırdı.