Türkiyənin “Trabzonspor” klubu beş futbolçusu ilə yollarını ayırıb.
Futbolinfo.az xəbər verir ki, bu barədə Super Liqa klubunun rəsmi saytı məlumat yayıb.
Qaradəniz təmsilçisi müdafiəçilərdən Kamil Ahmet Çörekçi, Məcid Hüsseyni, Marlon Şavyer, yarımmüdafiəçi Luis Beyker və hücumçu Benik Afobe ilə vidalaşıb.
Sözügedən oyunçuların başa çatan müqaviləsi yenilənməyib. Trabzon klubu onların hər birinə xidmətlərinə görə təşəkkür edib, gələcək karyeralarında uğurlar arzulayıb.
Qeyd edək ki, “Trabzonspor” Super Liqada geridə qalan mövsümü 4-cü pillədə başa vurub və Avropa Konfrans Liqasına vəsiqə qazanıb.