Ukraynada Valeri Lobanovskinin xatirəsinə həsr olunmuş beynəlxalq turnirə yekun vurulub.
Futbolinfo.az xəbər verir ki, 21 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası bu turniri ikinci yerlə başa vurub.
Turnirdəki ilk matçında Ukrayna yığması üzərində 1:0 hesablı qələbə qazanan millimiz, ertəsi gün Özbəkistan yığmasına eyni hesabla məğlub olub.
Turnirin son oyununda Ukrayna yığmasını 2:0 hesabı ilə məğlub edən Özbəkistan komandası xatirə turnirinin qalibi olub. Bu üzdən də milli komandamız ikinci yerlə kifayətlənib.